Gəncə stadionunda yenidənqurma işləri davam edir.
Futbolinfo.az xəbər verir ki, təmirə bağlanan arenada hələlik tribunalar sökülür. Proses tamamlandıqdan sonra yeni tribunaların tikintisi başlayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla stadionun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
III MDB oyunlarının Gəncəyə təyin olunmasından sonra təmiri zəruri olan arenanın tutumunun azaldılması (əvvəl 25000 nəfərlik idi), daha müasir stadionun tikilməsi gözlənilir.