“River  Pleyt” 17 yaşlı futbolçusu Kladiuo Eçeverrinin müqaviləsinə yeni bənd əlavə edib. Argentina təmsilçisi bir çox klubun gündəmində olan hücumameylli yarımmüdafiəçiyə satınalma bəndi qoyub.

Futboliinfo.az xəbər verir ki, futbolçu yalnız onun üçün 25 milyon avro ödəniləcəyi halda klubu tərk edə bilər. “River Pleyt” yetirməsini asanlıqla itirmək istəmir.

Argentina U-17 komandasının heyətində Braziliyadan olan həmyaşıdlarına qarşı matçda het-trik edən Eçeverri bir neçə Avropa klubunun hədəfindədir. Amma onun “River Pleyt”lə 2024-cü ilin son gününədək müqaviləsi var. Argentina klubu anlaşmanın müddətini uzatmağa çalışır.

Shares: