“Bayer” (Leverkuzen) klubu idman direktoru Simon Rolfeslə yeni müqavilə imzalayıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rolfeslə müqavilənin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb.

41 yaşlı Rolfes 2005-2015-ci illərdə futbolçu kimi Leverkuzen təmsilçisində çıxış edib, sonra karyerasını başa vurub.

2018-ci ildə keçmiş yarımmüdafiəçi akademiyada məşqçi vəzifəsini icra etmək üçün Leverkuzen klubuna qayıdıb. O, 2022-ci ildən klubun idman direktoru vəzifəsində çalışır.

“Bayer” “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Shares: