Trent Aleksander-Arnold cəzalana bilər. “Liverpul”un cinah müdafiəçisinin bir hərəkəti ona problem yaradıb.
Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvünün “Etihad”dakı qol sevinci yerıi federasiyanın xoşuna gəlməyib. “Mançester Siti” ilə son oyunda bəərabərlik qolunu vurduqdan sonra rəqib azarkeşlər önündə meydanoxuyarcasına dayanması qalmaqala təhrik etmək kimi qiymətləndirilir.
“Mirror”un yazdığına görə, bu hərəkətdən başqa Trentin etirafı da önəmli rol oynayıb. Cinah oyunçusu müsahibəsində barmağını dodağına apararaq azarkeşlərə “sus” işarəsini verməyi məhz rəqiblərə qıcıq vermək niyyəti ilə etdiyini boynuna alıb: “Səfər oyununda rəqib azarkeşlər önündə qolu bayram etmək hər zaman gözəldir. Məyus üzləri görmək çox gülməli idi”.
FİFA-nın 12.3 saylı qanununa görə, bu cür təhrikedici hərəkətlər cəzalandırılmalıdır. Bu üzdən Trent Aleksander-Arnoldun da bir neçə matçlıq diskvalifikasiyası mümkündür.