“Bayern”in baş məşqçisi Tomas Tuhel futbolçu adaşının vəziyyətini başa düşür. O, Tomas Müllerin əsas heyətdəki yerini itirməsinə görə narazı qalmasını anlayışla qarşılayır.
Futbolino.az xəbər verir ki, alman məşqçi dünən bu barədə danışıb: “Onun daim əsas heyətdə yer almaması mümkün olmur. Müller yəqin ki, bundan məmnun deyil. Ancaq o, hər zaman xüsusi futbolçu olaraq qalacaq. Özü də hər an start heyətində oyuna başlamasının mümkünlüyünü bilir. Ona böyük hörmətim var, “Bayern”in əfsanəsidir”.
Münhenlilərin rekordçusu olan Müller karyerası boyunca yalnız bu komandanın formasını geyib. Son günlər onun “Mançester Yunayted”ə keçməsinin mümkünlüyü ilə bağlı xəbərlər yayılıb.