Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.

Futbolinfo.az xəbər verir ki, həmyerlimiz Fuad Hacıyev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək.

O, qadın voleybolçulardan ibarət Serbiyanın “Jelezniçar” və İtaliyanın “Reale Mutua Fenera” klublarının qarşılaşmasında ikinci hakim olacaq.

Noyabrın 30-da isə beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev qadın voleybolçular arasında Çelenc kubokunun 1/8 final mərhələsində “Qalatasaray” (Türkiyə) – “Visbaden” (Almaniya) qarşılaşmasında birinci hakim olacaq.

Shares: