“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “Molde”yə qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi sabahkı matça hazır olduqlarını bildirib: “Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib: “Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.

Shares: