Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:1 (25:16, 25:12, 23:25, 25:16).
Bakıda reallaşan ilk matçda da 0:3 hesabı ilə uduzmuş Şuşa klubu mübarizəni dayandırmalı olub.
“Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).