“Nant” baş məşqçisi Pyer Aristuini istefaya göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

43 yaşlı mütəxəssis komandanı bu ilin mayından çalışdırırdı.

Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Aristuini Joslen Qurvennek əvəz edib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

“Nant” bu mövsüm Fransa çempionatının turnir cədvəlində 15 xalla 11-ci pillədə qərarlaşıb.

Shares: