IndyCar və Formula E yarışlarında iştirak edən italyan əsilli isveçrəli Simona de Silvestro yeni idman növündə debüt edib. De Silvestro Avropa Bobsley Kubokunda iştirak edib. O, təklərin yarışında mübarizə aparıb.
Vaxtilə Formula 1-də yarışmağa iddialı olan sabiq pilot 1994-cü ildə Qış Olimpiya oyunlarının keçirildiyi Norveçin Lillehammer şəhərindəki trasda 20 iştirakçı arasında 15-ci nəticə göstərib.
Qeyd edək ki, avrokubokların növbəti mərhələsində de Silvestro İtaliya millisini təmsil edib. O, iki cəhddən sonra liderdən 1,6 saniyə geri qalıb. Simona de Silvestronun əsas məqsədi 2026-cı ildə İtaliyanın Milan və Kortina d’Ampezzoda şəhərlərində keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməkdir.