“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 14-cü turu çərçivəsində “Səbail”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Gərgin oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdır. Müdafiədə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi oynamışam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda “Neftçi”yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik”.