Türkiyənin 1-ci liqasında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Bandırmaspor”la qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər – 1:1.

Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.

“Tuzlaspor” hesabındakı 12 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Shares: