“Los-Anceles Leykers” komandasının əfsanəsi Kobi Brayantın “Medison Skver Qarden”də keçirdiyi oyun zamanı istifadə edilən top hərracda satılıb.

Nyu-Yorkda keçirilən qarşılaşmada basketbolçu 61 xal toplamışdı. Top auksionda 66 152 dollara satılıb.

Həmin görüş 2009-cu il fevralın 2-də baş tutmuşdu. Topun üzərində Kobi Brayantın avtoqrafı da var.

Xatırladaq ki, Brayant karyerası ərzində bir oyunda ən çox 81 xal toplayıb.

Shares: