“Səbail”lə matç barədə çox şey danışmaq istəmirəm. Hamı hər şeyi gördü” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”nın müdafiəçisi Numan Kurdiç deyib.

Bosniya və herseqovinalı müdafiəçi Misli Premyer Liqasının 15-ci turunda “Səbail”lə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan danışıb. Kurdiç həmçinin avtoqolundan da söz açıb: “Son dəqiqədə uğursuz şəkildə qapımıza qol vurdum. Deyərdim ki, bəxtimiz gətirmədi”.

Təcrübəli oyunçu “Araz-Naxçıvan”ın son 4 oyunda qalib gələ bilməməsinə də toxunub: “Məncə, bir az nəticə böhranı yaşayırıq. Amma son iki oyunda heç də pis oynamadıq. Deyərdim ki, meydanda düzgün olanları edirdik. Xal və ya xallara layiq idik”.

“Araz-Naxçıvan”ın Premyer Liqa tarixindəki ilk avotoqolunun müəllifisiniz. Bu tarixi yadınızda saxlayacaqsızmı” sualına isə Kurdiç belə cavab verib: “Araz-Naxçıvan” Premyer Liqada nə qədər oynayıb ki? Əlbəttə ki, mənim üçün yaxşı hal deyil”.

Shares: