Almaniya Bundesliqasının 13-cü turundan təxirə salınan “Bayern” – “Union Berlin” oyununun tarixi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq.

Matç həmin gün “Alyans Arena”da gerçəkləşəcək. Dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınıb.

“Bayern” hazırda 32 xalla turnir cədvəlinin 2-ci, “Union Berlin” isə 7 xalla 18-ci pilləsində qərarlaşıb.

Shares: