Yunanıstan Super Liqası oyunlarının hakimləri və rəsmiləri təhlükəsizlik baxımından çempionat oyunlarından imtina etdiklərini açıqlayıblar.
“Son illərdə yunan və əcnəbi hakimlər daimi hədəfə, yumruq torbasına və məsuliyyəti başqasının üzərinə atmaq üçün “günah keçisi”nə çevriliblər. Cəzasız qalan elanlar, zorakılıq, təhdidlər, şifahi və fiziki hücumlar. Bunlar futbolu zəhərli edən problemlərdən yalnız bir neçəsidir.
Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakimləri və köməkçiləri 14-cü turdan başlayaraq, təhlükəsizliyimiz üçün əlverişli şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”, – hakimlərin “Reuters”ə məktubunda deyilir.
Yunanıstanda hakimlər tez-tez azarkeşlərin hücumlarına məruz qalır. Fanatlar habelə tez-tez hakimlərin avtomobillərini və evlərini yandırır. Məhz buna görə də məktub Mərkəzi Hakimlər Komitəsinə və Yunanıstanın Futbol Federasiyasına göndərilib.
Xatırladaq ki, bu kimi səbəblər üzündən tez-tez yunanlar tez-tez əcnəbi hakimlərin xidmətinə ehtiyac duyur. Oyunlara tez-tez təyinat alanlar arasında həmyerlimiz Əliyar Ağayevin briqadası da var.