İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.
“Qarabağ” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.