İtaliya milli komandasının baş məqşçisi Luçano Spaletti Neapol şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

Belə bir şərəfə nail olmasının səbəbi onun “Napoli” komandasını keçən mövsüm A Seriyasında çempion etməsidir. Xatırladaq ki, komanda 33 illik fasilədən sonra ölkəsində çempion olmuşdu.

64 yaşlı mütəxəssis 2021-ci ilin mayından 2023-cü ilin iyununa qədər “Napoli”nin baş məşqçisi olub. Sentyabrda isə o, İtaliya milli komandasına təyinat alıb.

Shares: