“İnter”də təyinatlar rəsmiləşib. Milan klubu idarəetmədə rol alan iki əsas şəxslə yola davam etməyilazım bilib.
Futbolinfo.az xəbər verir ki, uğurlu transfer siyasəti nəticəsində komanda həm A Seriyasında, həm də Çempionlar Liqasında sabitliyə nail olub. Bu isə klub sahiblərinin diqqətindən yayınmayıb.
Beləliklə, Pyero Auzilio idman direktoru postunda işinə davam edəcək. Onunla müqavilənin müddəti 2027-ci ilin 30 iyununa kimi uzadılıb. Eyni addım baş direktor Cüzeppe Marotta ilə bağlı da atılıb. O da eyni müddətədək hazırkı postunda qalacaq.
Bu şəxslər təkcə uğurlu nəticələrin səbəbkarları deyil. Onlar transfer əməliyyatlarında da uğurlu işlər görüb. Romelu Lukakunun baha qiymətə satılıb sonra daha yaxşı şərtlə icarəyə götürülməsinə səbəbkar olub. Hazırda “Mançester Yunayted”də tənqid hədəfi olan Andre Onananın keçidindən önəml vəsait qazanmaq da bi sıradadır. Kamerunlu qolkiper daha yaxşısı ilə əvəz edildi, eyni zamanda keçidlərdən yaxşı pul qazanıldı.