“Roma” yarımmüdafiəçisi Edoardo Bove ilə müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gənc futbolçunun “canavarlar”la yenilənmiş müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Bove “Roma”nın yetirməsidir. O, 2021-ci ilin iyulundan “Roma”nın əsas komandasında çıxış edir. Cari mövsümdə Bove “Roma”nın heyətində 19 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Shares: