“Turan Tovuz” azarkeşləri imza toplayır. Onlar az sonra start götürəcək “Zirə” ilə matçdan öncə bir araya gəlib.
Futbolinfo.az xəbər verir ki, bölgə klubunun azarkeşləri etiraz bəyanatı hazırlayıb. Stadiona gələnlər könüllü şəkildə etiraza qoşulur, bəyanata imza atırlar.
Onlar son turlarda klub qarşı yönələn təzyiqlərdən narazıdır. Azarkeşlər sevimli komandalarının hakim səhvlərindən əziyyət çəkdiyini və bütün bunların bilərəkdən, qərəzli edldiyini düşünür.
BƏHRUZ MUSAYEV, TOVUZ