“Betis” İsko ilə yeni müqavilə bağlamağa hazırlaşır. İspan yarımmüdafiəçi Sevilya klubunun 2027-ci ilin yayınadək olan yeni təklifini qəbul edib.
Futbolinfo.az xəbər verir ki, yazda azad agent kimi kluba qoşulan İsko qısa müddətdə fərq yaratdı. Məhz onun əla oyunu sayəsində komandanın orta xətdəki problemləri həll olundu, komand daha yaxşı çıxış etməyə başladı. Yarımmüdafiəçi bir ara Avropada qol kombinasiyalarında iştiraka görə liderə çevrilmişdi.
31 yaşlı futbolçu “Betis”ə keçənədək bir neçə klubla uğursuz danışıqlar apardı, sonda yalnız sevilyalılar ona inanaraq bir illik müqavilə bağladı. “Union”un xroniki zədə qorxusu ilə anlaşmadan imtina etməsi futbolçunu ruhdan salmadı, həta Braziliyada bir klubda baxışda oldu. “Valensiya” yetirməsi “Sevilya”da rəhbərliklə yaşadığı problemlər üzündən 6 ay işsiz qaldıqdan sonra “Betis”də özünü isbatlayır.