PSJ ilk qış transferini reallaşdırmağa hazırlaşır. Fransa çempionu Lukas Beraldonu heyətinə qatmaq üçün bütün prosedurları planlayıb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi tezliklə tibbi müayinədən keçəcək. Daha sonra rəsmi müqavilənin imzalanması mərasimi olmalıdır. “San Paulo” futbolçusunu 20 milyon avroya satmağa razılıq verib. Braziliyalılar anlaşmaya əlavə olaraq bonuslarla bağlı bənd saldırmaq istəsə də, parislilər bununla razılaşmayıb.
20 yaşlı oyunçunun yetirməsi olduğu Braziliya klubu ilə 2028-ci ilədək müqavləsi var idi. O, karyerası ərzində ilk dəfə vətəni tərk edəcək.