Mauritsio Poçettinonun kreslosu yenə laxlayır. “Çelsinin baş məşqçisi komandaya sabitlik gətirə bilmədiyi üçün tənqid hədəfidir.
Futbolinfo.az xəbər verir ki, londonlular dünən növbəti zərbəni aldı. Aşağı dəstə klub “Midlsbro”ya məğlubiyyət (0:1) argentinalı mütəxəssisi də məyus edib: “Azarkeşlərin məyusluğunu başa düşürəm. Amma bizim vəziyyəti düzəltmək imkanımız var”.
Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda məğlubiyyət həqiqətən hələ heç nəyin sonu deyil. “Çelsi” cavab matçını evdə keçirəcəyindən finala adlamaq şansı qalır. Lakin İniltərədə əmindirlər ki, Premyer Liqada üst pillələrdə olmayan “Çelsi” kubok yarışında qalib olmasa, Poçettino qovulacaq.