Dakar rallisinin 7-ci mərhələsində maraqlı hadisələr qeydə alınıb. Ər-Riyadla Davadmi arasında baş tutan mərhələdə Fransız Klod Furnyenin baggisi yanıb. Xoşbəxtlikdən nə o, nə də şturman Serj Qunyon xəsarət almayıb.

Qeyd edək ki, Klod Furnyenin 72 yaşı var.

7 mərhələdən sonra yolsuzluq avtomobillərinin mübarizəsində Karlos Sayns liderdir. Son mərhələdə Sebastyan Löb birinci olub. Məşhur pilot Saynsı 10 dəqiqə qabaqlayıb. Bunun sayəsində də o, liderlə fərqi azaldıb.

Əlavə edək ki, Karlos Sayns Formula 1 pilotu, “Ferrari” sürücüsü Saynsın atasıdır.

Shares: