Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.

Futbolinfo.az xəbər verir ki, hazırlıq Seuldakı Milli İdman Universitetində təşkil olunur.

Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.

Qadınlardan ibarət yığma isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.

Qeyd edək ki, olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 27-dək davam edəcək.

Shares: