“Fənərbaxça” futbolçusu Umut Nayiri icarəyə verib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, hücumçu bu mövsümün sonuna qədər Super Liqanın digər təmsilçisi “Pendikspor”da oynayacaq.
Xatırladaq ki, Nayir ötən il “Fənərbaxça”ya transfer olunub. O, bu mövsüm ümumilikdə 13 oyunda meydana çıxıb.