Almaniyada həndbol üzrə kişilər arasında Avropa çempionatı davam edir. Yerli komandanın Şimali Makedoniya ilə qarşılaşmasına ölkənin kansleri Olaf Şols da təşrif buyurub.

Hesab 9:4 olarkən onun oyunu izlədiyi arenada elan edilib. Bu elanı azarkeşlər fitə basmaqla və uğultu ilə qarşılayıblar. Almaniya Həndbol Assosasiyasında bunu təəssüf hissi ilə şərh ediblər.

“Çox təəssüf ki, azarkeşlər cənab Şolsu fitə basdı. Ancaq başqa tərəfdən ümid edirəm ki, oyun onun xoşuna gəlib”, – deyə DHB-nin direktoru Aksel Kromer bildirib.

Əlavə edək ki, həndbol üzrə Avropa çempionatı Almaniyanın 6 müxtəlif şəhərində keçirilir. Turnirin son qalibi İsveç milli komandası olub.

Shares: