“Barselona” rəhbərliyi Xavi Ernandesi istefaya göndərmək barədə düşünməyə başlayıb. Son həftələrdəki uğursuz nəticələr, xüsusilə Superkubokda “Real” tərəfindən darmadağın olunmaq baş məşqçiyə etimadı azaldıb.

Futbolinfo.az xəbər verir ki, qarşıdakı günlərdə keçriləcək oyunlar Xavinin taleyini müəyyənləşdirə bilər. Klub prezidenti Xuan Laporta və idman direktoru Deku məşqçiyə dəstəyini bildirsə də, Kral Kubokunun 1/8 finalında “Salamanka”ya, La Liqada “Betis”ə qarşı oyunların nəticələri həlledici olacaq. Həm də təkcə nəticə yox, oynanılan futbol da önəmlidir.

İspaniya mətbuatında Xavinin mümkün əvəzləyicisi haqda da xəbərlər sıralanır. Baş məşqçi uğursuzluğa son qoymasa, əvəzedicilərə rəhbərlik edən Rafael Markes ona xələf olacaq. Meksikalı sabiq futbolçu işi ilə çoxdandır əsas komandaya layiq olduğunu göstərib.

Shares: