“Buranı Rəşad Sadıqova görə tanıyırdım. Transfer proseduru vaxt apardı. Burada olduğuma görə çox xoşbəxtəm”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin “Kocaelispor” klubuna transfer olunan Ramil Şeydayev bugünkü təqdimat mərasimində deyib.
Azərbaycan millisinin hücumçusu yeni komandasında uğur qazanacağına inandığını bildirib: “Yaxşı mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda hamımız birlikdə sevinəcəyik”.
Şeydayev yeni klubu ilə 1.5 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov 2008/2009 mövsümündə “Kocaelispor”da çıxış edib.