Avropa Liqasının favoritləri açıqlanıb.
Futbolinfo.az saytı xəbər verir ki, bukmekerlər 3 komandanı xüsusi fərqləndirib.
Avropanın ikinci dərəcəli turnirini qazanmağa əsas namizəd “Liverpul” hesab edilir. İngiltərə təmsilçisindən sonra ikinci namizəd “Qarabağ”ın yer aldığı qrupdan maksimum nəticə ilə çıxan “Bayer”dir. Hər iki klub 1/8 finala vəsiqə qazanıb.
Onlardan sonra ən çox şans “Milan”a aiddir. Çempionlar Liqasından Avropa Liqasına yuvarlanan italyanlar pley-offda Fransa təmsilçisi “Renn”lə qarşılaşacaq. Əsas favoritləri “Olimpik” (Marsel, Fransa), “Benfika” (Portuqaliya) və “Roma” (İtaliya) kimi klublar izləyir.
“Qarabağ” isə ən az şansa malik komandalar arasında göstərilib. Azərbaycan çempionu pley-offda Portuqaliya klubu “Braqa” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları fevralın 15-də və 22-də baş tutacaq.