“Styaua”nın hücumçusu Andrea Kompanyonun “Neftçi”yə keçib-keçməyəcəyinə aydınlıq gəlib.

Futbolinfo.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan klubu italiyalı forvardın transferində maraqlı deyil.

Bakılıların sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlamasında “Neftçi”nin Kompanyo ilə maraqlandığını, hətta ondan məsləhət aldıqlarını söyləmişdi. Lakin yerli KİV hesab edir ki, “Neftçi” rəhbərliyi Plovdiv “Lokomotiv”inin ön xətt oyunçusu Alfa Konteni almağı üstün tutub. Bu üzdən Kompanyonun keçidi real görünmür.

Qeyd edək ki, “Styaua”nın sahibi Gigi Bekali iki il əvvəl 1,5 milyon avroya aldıqları hücumçunu 400 min avroya satacaqlarını bildirib.

Shares: