Formula 1 texnologiya sahəsində avtoidmanın ən qabaqcıl seriyalarından biri olub. Bu yarış daim innovativ yenilikləri ilə seçilib.
Media ilə də belə olub. Televiziya yayımlarına xüsusi diqqət ayıran rəhbərlik yeni ideyalara açıqlığını daim nümayiş etdirib.
İndi adi hal kimi görünən bortdan gələn danışıqlar 70-ci illərdə test halında yoxlanılıb. Bir müddət sonra isə bu danışqlar geniş publika üçün əlçatan vəziyyətə gəlib. 1994-cü il Braziliya qran-prisində teleyayımçılardan biri yeni bir eksperimentə əl atıb. Ölkənin kumiri Ayrton Sennanın yarış zamanı nəbzi ölçülərək translyasiya edilib.
Həmin illərdə nə “Youtube”, nə digər striminq serverlər yox idi. İndiki anlamda sosial şəbəkələr də peyda olmamışdı. Formula1.com domeni isə yarış sahibləri tərəfindən yenicə alınmışdı. 20 il əvvəl saytın görünüşü məhz bu şəkildəki kimi idi.
Komandaların saytlarının necə olması da maraqlıdır. Onların vəziyyətinin necə olduğuna bir-bir nəzər yetirək.
Ferrari
Maklaren
Jordan
Komanda sayt vasitəsilə qazanmağa əl atıb. Səhifənin sonunda bank kartının nömrəsi olub. Bir ildən sonra Eddi Cordanın komandası bağlandı.
Minardi
Elə də güclü komanda olmasa da, sayta böyük vəsait xərcləndiyi hiss edilir. “Minardi” lider komandalardan yalnız bu sahədə geri qalmırdı.
Zauber
Komanda saytında reklamların sayını minimuma endirib. Maraqlı məqam hava haqında məlumatın olmasıdır.
Yaquar
Komandanın özü kimi saytı da düzgün işləmir. Boş yerdən necə istifadə etməyin qeyri-peşəkarlığı göz önündədir.
Toyota
Yaponiya nəhəngi hər il Formula 1-ə 600 milyon xərcləyirdi. Saytın da korluq çəkmədiyi şəkildən məlumdur.
BAR-Honda
Hiss olunur ki, tam versiyaya baxmaq üçün kompyuterdə əlavə plaginə ehtiyac var.
Reno
“Ferrari”ni taxtdan salacaq komanda yüksək texnologiyalardan istifadə etdiyini saytda da nümayiş etdirir.
FİA
Bu da Beynəlxalq Avtomobil Federasiyasının saytı. Federasiya 100 illiyini yeni texnolji layihə ilə qeyd edir.
İLQAR AĞAYEV