Kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan çempionatında liderliyi ələ keçirib.

Futbolinfo.az xəbər verir ki, adıçəkilən komanda Yüksək Liqanın 9-cu turunda MOİK-i məğlub edərək, buna nail olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən turun açılış matçında rəqibinə 3:0 (25:10, 25:11, 25:22) hesabı ilə qalib gələn “Azərreyl” xallarının sayını 18-ə çatdırıb. Sonuncu pillədəki MOİK isə yenə xalsız qalıb.

Shares: