“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selleş psixoloqa müraciət edib.

Futbolinfo.az xəbər verir ki, bunu ispaniyalı mütəxəssis özü Britaniya mətbuatına açıqlamasında deyib.

İngiltərənin “Ridinq” klubunun baş məşqçisi bildirib ki, futbolda üzləşdiyi haqsızlıqlara sinə gərmək üçün illərdir psixoloqlardan məsləhət alır. O, xüsusən də İngiltərədə çalışdığı son illərdə çətinliklər yaşadığını söyləyib: “İşlər yaxşı getməyəndə tək mənim yox, ailəm üçün də bəzən çirkinliklər olur. Uşaqlarım məktəbdə hədəfə çevrilirlər. Əsasən də Premyer Liqada istəsəniz də, istəməsəniz də həyatınız dəyişir. Həyatım boyu psixoloq xidmətindən istifadə etmişəm. “Sauthempton”da olarkən həyat yoldaşım və uşaqlar üçün də dəstək almışıq”.

Qeyd edək ki, Ruben Selleş 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Shares: