“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu mövsümün əvvəlində Azərbaycan klubu üçün Buxarest “Rapid”ini tərk etmişdi.

Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu, 44 yaşlı mütəxəssisə havayı başa gəlməyib. O, açıqlamasında yayda öz cibindən 100 min avro təzminat ödəyərək “Rapid”lə müqaviləyə xitam verdiyini və “Neftçi”nin “sükanı arxasına” keçdiyini söyləyib.

Əslində, müqaviləyə xitam üçün təzminatın məbləği 200 min avro təşkil edirdi. Lakin klubla mütəxəssis arasında danışıqda Buxarest təmsilçisi endirimə gedib.

Mutu “Neftçi” ilə 2 illik müqavilə bağlasa da, Premyer Liqa təmsilçisində cəmi 6 ay qala bilib. “Ağ-qaralar” ötən ay onunla yolları ayıraraq, baş məşqçi postuna Miodraq Bojoviçi gətirib.

Shares: