“Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik”.

Futbolinfo.az xəbər verir ki, bunu “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Xəzri”yə 89:96 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən mütəxəssis bir oyunçularının zədələnməsinin komandanın psixoloji durumuna mənfi təsir etdiyini bildirib: “Gərgin, mübarizəli oyun oldu. Üçüncü periodda daha yaxşı oynadıq, hətta hesabda önə keçdik. “Sabah” ilə görüşdə də belə olmuşdu. Uşaqlar bu gün yaxşı çıxış etdilər. Amma bir oyunçumuzun zədələnməsi komandanın psixoloji durumunu pozdu. Növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Evdə daha bir güclü rəqiblə oyunumuz var. Ümid edirəm ki, növbəti matçda sonluq daha yaxşı olacaq”.

Hesabında 14 xal olan “Gəncə” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Shares: