Avroliqada 22-ci tura yekun vurulub. Madrid “Real”ı Monakoda 74:98 hesabı ilə məğlub olub.
Bu mövsüm keçirdiyi oyunlar arasında Madrid təmsilçisi belə hesabla məğlubiyyətlə üzləşməmişdi. Hazırda komanda 19 qələbə ilə Avroliqada liderdir.
Bənzər hesab Litvada da qeydə alınıb. Kaunasda “Jalgiris” yaxından tanıdığı Şarunas Yasikyaviçyusun rəhbərlik etdiyi “Fənərbağça”nı qəbul edib. Görüş meydan sahiblərinin 98:73 hesablı qələbəsi ilə başa çatıb. Oyunun əvvəllərindən yaratdığı fərq litvalılara rahat oynamaq imkanı verib. Qonaqlar nə qədər çalışsalar da, rəqibə çata bilməyiblər.
“Panatinaikos” doğma arenada “Partizan”a qalib gəlib – 84:71. 3 period eyni səviyyəli oyun getsə də, yunanlar sonda ustalıqlarını nümayiş etdiriblər. Bu oyun Ergin Ataman – Jelko Obradoviç dueti ilə əlamətdar olub. Uzun müddət “Fənərbağça”nı çalışdıran serb mütəxəssis, Ergin Atamanla Türkiyə çempionatında dəfələrlə üz-üzə gəlib.
Turun son oyununda “Valensiya” İtaliyanın “Milan” komandasını məğlubiyyətə uğradıb – 84:72. Bu oyunun da taleyi son periodda həll edilib. Qələbə sayəsində Valensiya təmsilçisi pley-in zonasına yüksəlib. Milan komandasını isə oradan 2 qələbə ayırır.