Madrid “Real”ı norveçli futbolçu Erlinq Halandı heyətinə qatmaq üçün xüsusi strategiya hazırlayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə , madridlilər futbolçuya təzyiq göstərməyəcəklər. Onlar əsas gücü forvardın ətrafında olan nüfuzlu insanlarla danışıqlara verəcəklər. Məlumdur ki, Halandın müqaviləsində satış opsiyası ilə bağlı rəqəm var. Bu qiymət hər mövsüm aşağı düşür. “Real” da məhz bu bənddən istifadə etmək fikrindədir.
Digər tərəfdən ispanlar Cud Bellingemin Halandla münasibətlərindən istifadə etmək istəyir. Gənc ingilis futbolçunun Erlinqlə dostluq əlaqələri var.
Əlavə edək ki, futbolçunun “Mançester Siti” ilə sözləşmsi 2027-ci ilə qədərdir. Onun transfer dəyəri 180 milyon avroya bərabərdir.