“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.
Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.
Yarımmüdafiəçi klub saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib:
“Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.