“Flamenqo” Matias Vinanı heyətinə qatır. Braziliya klubu “Roma”ya 8 milyon avro ödəməklə bu keçidi həll etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu 2021-ci ildə “Palmeyras”dan 13 milyon avroya transfer etdiyi yarımmüdafiəçidən məmnun deyil. Bu üzdən o, müxtəlif vaxtlarda “Bornmut” və “Sassuolo”ya icarəyə verilmişdi. Heyətə düşməyən uruqvaylı da bu səbəbdən Braziliyaya qayıtmağa razılaşıb.
“Nasional” yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi hazırda diz zədəsindən əziyyət çəkir. Amma bu, “Flamenqo”nun onu transfer etmək istəməsinə əngəl törətməyib.