Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti mərhələyə vəsiqə uğrunda “Başakşəhər”lə üz-üzə gələcək.
Bir görüşdən ibarət olacaq bu mərhələnin oyunları 6-8 fevralda keçiriləcək.
Sivasspor – Konyaspor
Başakşəhər – Hatayspor
Gənclərbirliyi – Trabzonspor
Antalyaspor – Beşiktaş
Karagümrük – Samsunspor
Ankaragücü – Ərzincanspor
Qalatasaray – Bandırmaspor
Qaziantep – Fənərbaxça