“Turan Tovuz” Premyer Liqanın 19-cu turunda qarşılaşdığı “Kəpəz”lə oyunun hakim idarəçiliyindən narazı qalıb.

Futbolinfo.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb və bunları qeyd edib:

“Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq.

VAR niyə var? VAR-da ikili standart niyə var?!

Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!”

Shares: