İtaliyanın “Udineze” klubu rəsmi saytında bir neçə gün əvvəl baş vermiş olayla bağlı məlumat yerləşdirib.
“Milan”la oyunda azarkeşlər qonaq komandanın qapıçısı Mayk Menyanı təhqir etmişdi. Həmin oyunda qonaqlar 3:2 hesabı ilə qələbə qazanmışdılar. Hakim azarkeşlərin təhqirinə görə oyunu bir neçə dəqiqəlik dayandırmışdı.
Məlumata görə, polislər rasist ifadələri işlədənlərdən birini aşkara çıxarıb. Həmin fanat ömürlük olaraq oyunlara gəlməkdən məhrum edilib.