“Real” sağ cinah müdafiəçisi mövqeyinə axtarışlarını davam etdirir. 32 yaşlı Dani Karvahalın karyerasının sonlarına çatdığını nəzərə alan madridlilər daha gənc oyunçuları nəzərdən keçirir.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi mümkün olacağı təqdirdə elə bu qış transferi reallaşdırmağa hazırdır. Ən pis halda yayda yüksək səviyyəli müdafiəçi transferi yekunlaşmalıdır. Madridlilər həmin oyunçunun müdafiənin mərkəzində oynamaq bacarığının da olmasını arzulayır.
Hələlik ilk namizəd “Jirona”dan Yan Koutudur. Madridlilərin siyahısında “Lill”dən Leni Yoro, “Benfika”dan Antoniu Silva, “Sportinq”dən Qonsalo İqnasio da var.