Türkiyə Super Liqasında 22-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

“Hatayspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 79-cu dəqiqə oynayıb və sarı vərəqə almaqla yadda qalıb.

“Beşiktaş” – “Adana Dəmirspor” matçı qolsuz bitib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb və qol buraxmayıb.

“Pendikspor” – “Kasımpaşa” matçında isə meydan sahibləri qələbəyə seviniblər.

Türkiyə Super Liqası
22-ci tur

23 yanvar

Hatayspor – Alanyaspor 1:1
Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.

Beşiktaş – Adana Dəmirspor 0:0

Pendikspor – Kasımpaşa 3:2
Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.

24 yanvar

18:00. Ankaragücü – Fatih Karagümrük
18:00. Qaziantep – Konyaspor
21:00. Antalyaspor – Sivasspor
21:00. Başakşəhər – Fənərbaxça

25 yanvar

18:00. Samsunspor – Kayserispor
21:00. Qalatasaray – İstanbulspor
21:00. Rizəspor – Trabzonspor

Shares: