Tanınmış futbolçu Arturo Vidal ilk peşəkar klubuna qayıdıb.
Futbolinfo.az xəbər verir ki, Çili millisinin yarımmüdafiəçisi karyerasını yenidən ölkəsində davam etdirəcək.
36 yaşlı orta sahə oyunçusu 2005-2007-ci illərdə formasını geyindiyi “Kolo-Kolo” ilə müqavilə bağlayıb. O, Çili təmsilçisinə Braziliyanın “Atletiko Paranaense” klubundan keçib.
Vidal karyerası ərzində “Bayer 04”, “Bavariya” (hər ikisi Almaniya), “Yuventus”, “İnter” (hər ikisi İtaliya) və “Barselona” (İspaniya) kimi komandaların formasını geyinib.