Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 4-cü turdan təxirə salınmş oyunda Zaqreb “Lokomotiv”i ilə qarşılaşıb.
Paytaxt derbisi “Dinamo”nun məğlubiyyəti ilə bitib – 0:3.
Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Dinamo” hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.