“Udineze” – “Milan” oyununda qonaqların qapıçısı Mayk Menyana qarşı irqçi hərəkətlər edən daha 4 azarkeş müəyyənləşdirilib. Onlar da daha öncə aşkar edilən udineli fanat kimi cəzalandırılıb.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, Fransa millisinin üzvünə qarşı xoşagəlməz hərəkət edən bu şəxslər bir daha “Udineze”nin ev matçlarına buraxılmayacaq. Siyahının daha da genişlənəcəyi gözlənilir. Çünki polis videogörüntülər əsasında axtarışa davam edir.
Xatırladaq ki, “Milan”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçın gedişində azarkeşlər Menyana qarşı irqçi hərəkətlər etmiş, hakim də oyunu bir neçə dəqiqəlik dayandırmışdı.