Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşukun gələcək taleyi ilə bağlı hələ qərar verilməyib.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, gün keçdikdə 23 yaşlı futbolçu ilə maraqlanan klublar qərarlarını konkretləşdirirlər.
Yunanıstan təmsilçisi PAOK artıq ukraynalı hücumameyilli oyunçunun transferindən vaz keçib. Buna səbəb onunla bağlı danışıqların uzanmasıdır. Bu üzdən yunanlar keçidi daha real görünən digər variantlara yönəlib.
Hazırda Kaşukun xidmətində ən çox maraqlı olan klub Xorvatiya “Hayduk”u və Azərbaycan təmsilçiləri sayılır. Bunlar isə “Qarabağ”, “Neftçi” və futbolçunun sabiq klubu “Sabah”dır.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-23 mövsümünü icarə əsasında “Sabah”ın heyətində keçirib. Onun “Şaxtyor”la müqavilə müddəti yaya qədərdir.